Putin və Ərdoğan Bişkekdə ikitərəfli görüş keçiriblər
Bu barədə Rusiya mətbuatı xəbər verir
Putin və Ərdoğan Bişkekdə ikitərəfli görüş keçiriblər
Rusiya prezidenti Moskva ilə Ankara arasında iqtisadi əməkdaşlığın yüksək səviyyədə qaldığını və Türkiyənin Rusiyanın xarici siyasət və iqtisadiyyatda imtiyazlı tərəfdaşlarından biri olduğunu bildirib.
Ərdoğan iki ölkə arasında münasibətlərin hazırda əvvəlkindən daha yüksək səviyyədə olduğunu qeyd edib.
O, Akkuyu Atom Elektrik Stansiyasının istismara verilməsindən əvvəlki son mərhələyə qədəm qoyduğunu və Putini stansiyanın açılışında iştirak etməyə dəvət etdiyini bildirib.
1 dəqiqədən az