XƏBƏRLƏR / Siyasət

Ersin Tatar türk dövlətlərinə müraciət edib

"Yeni Şafak" yazır

Ersin Tatar türk dövlətlərinə müraciət edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar türk dövlətlərinə ölkəsində səfirlik açmaları ilə bağlı çağırış edib.

    “Yeni Şafak” xəbər verir ki, o, bu barədə IV Antalya Diplomatiya Forumunda çıxışında deyib.

    E.Tatar bəzi türk dövlətlərinin Kiprin yunan hissəsini tanımaq cəhdlərinə münasibət bildirərək qeyd edib ki, bu, Avropa İttifaqının (Aİ) təlqinləri ilə həyata keçirilir: “Mən türk dövlətlərini eyni münasibəti Şimali Kiprlə də qurmasını istəyərdim”.