Münxen Təhlükəsizlik Konfransı başa çatdı
Bu barədə konfransın sədri Kristof Heusqen bəyan edib
59-cu Münxen Təhlükəsizlik Konfransı başa çatıb. Konfransın sədri Kristof Heusqen tədbiri bağlı elan edib. Sədr dünya ölkələrini Ukraynaya dəstəyi genişləndirməyə, hərbi cinayətkarları məsuliyyətə cəlb etməyə çağırıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Münxen Təhlükəsizlik Konfransında iştirak edib.