Ceyhun Bayramov Qətərdədir
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti bildirib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətər Dövlətinə işgüzar səfərə yola düşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Səfər çərçivəsində həmçinin nazir Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.