XƏBƏRLƏR / Siyasət

Biz Ermənistanın qərar verməsini gözləyə bilmərik

Bu və başqa fikirləri Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlərə müsahibəsində açıqlayıb

Biz Ermənistanın qərar verməsini gözləyə bilmərik
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində bir sıra aktual problemlərə toxunub.

    Sülh Müqaviləsi haqqında:

    - Regionda formalaşan yeni reallıqlar çərçivəsində biz Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına heç bir maneə görmürük.

    - Erməni tərəfinin sözlə oynamaqdansa, irəliyə doğru konkret addım atması və danışıqlar masası arxasına əyləşməsi çox vacibdir. Bu barədə hələ nəsə demək çətindir.

    - Biz Ermənistandan aydın fikirlər gözləyirik.  

    - Ermənistan hələ də regiondan kənara baxır. Dediyimiz odur ki, üçüncü tərəfləri gündəmə gətirməkdənsə, sülh sazişi üzrə danışıqları irəli aparmaq lazımdır.

    - Top Ermənistanın meydançasındadır.

    Paşinyanın “Sülh yolayırıcısı” haqqında:

    - Ermənistanın yeni yol ayrıcı konsepsiyası utopiyadır.

    - Son üç ildir ki, müzakirə edirik, amma bir nəticə olmadı. Ona görə də Ermənistan bunun nə dərəcədə effektiv olduğunu müzakirə edib düşünməlidir.

    - Qars-İğdır dəmir yolunun tikintisi ilə bağlı qardaş Türkiyə ilə təmaslarımız davam edir.

    - Beləliklə, regionumuzun ətrafında dairəvi dəmir yolu xətti çəkiləcək. Lakin son üç ildə Ermənistan bu xəttin çəkilməsi üçün heç bir addım atmayıb.

    İrandan keçəcək yol haqqında:

    - İran ərazisindən keçərək oradan Naxçıvana quru və dəmir yolu xətlərinin çəkilişi davam edir, Zəngilan və Ağbənddə Araz çayı üzərində də körpülər tikiləcək.

    - Biz Ermənistanın qərar verməsini gözləyə bilmərik.

    - "Orta Dəhliz" çərçivəsində yeni imkanlar yaranır və biz bu imkanları düzgün dəyərləndirməli və əlaqələr qurmalıyıq.

    Türkiyə və Ermənistan münasibətləri haqqında:

    - Həm Azərbaycan, həm də Türkiyə ilə sərhədin bağlı olmasının günahı Ermənistanın özündədir.

    - Qardaş Türkiyənin qənaəti həmişə ondan ibarət olub ki, Ermənistan Azərbaycan torpaqlarının işğalına son verdiyi, həm Türkiyə, həm də Azərbaycana qarşı ərazi iddialarından əl çəkdiyi təqdirdə və nəhayət, regionda pozitiv gündəmlə çıxış etdiyi halda Ermənistanla münasibətlərin normallaşması mümkün ola bilər.

    - Azərbaycan və Türkiyə sinxron şəkildə hər zaman münasibətlərin normallaşdırılmasını dəstəkləyiblər və Ermənistana daim pozitiv mesajlar göndəriblər.

    - Ermənistan regionun potensialını özü qiymətləndirib, region problemlərinin daxildə həll edilməsi yanaşmasından çıxış etməlidir