Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə danışıb
Nazirlər regional vəziyyəti müzakirə edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X"də paylaşım edib.
Nazirlər ikitərəfli və çoxtərəfli münasibətlərin daha da genişləndirilməsi imkanlarını, həmçinin regional vəziyyəti müzakirə ediblər.