İran Prezidenti Pezeşkian Qətər əmiri Şeyx Təmim bin Həməd bin Xəlifə Al Taninin rəsmi dəvəti ilə iki günlük səfəri çərçivəsində Qətər rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirəcək, həmçinin Tehran və Doha arasında ortaq əməkdaşlıq sənədlərini imzalayacaq.
Bu barədə "Mehr" xəbər verib.
Məsud Pezeşkian Qətərin paytaxtı Dohaya səfərinin ikinci günündə 19-cu Asiya Əməkdaşlıq Dialoqu (ACD) Sammitində iştirak edəcək və çıxış edəcək.
Planlaşdırılan proqrama əsasən, İran Prezidenti Sammitdə iştirak edən ölkələrin bəzi rəhbərləri və yüksək rütbəli rəsmiləri ilə görüşəcək.
Asiya Əməkdaşlıq Dialoq Sammiti iqtisadi və mədəni sahələrdə müxtəlif əməkdaşlıq layihə və proqramlarının həyata keçirilməsi məqsədi ilə 20 ildən artıqdır Asiyadaxili dialoqu təşviq edən 35 Asiya ölkəsindən ibarətdir.