
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynaya səfər edib.
Bu barədə onun X səhifəsində paylaşım olunub.
O, artıq paytaxt Kiyevdədir.
Qeyd edək ki, Moldova Prezidenti Maya Sandu "Avromaydan" hadisələrinin başlamasının 10-cu ildönümündə iştirak etmək üçün Kiyevə səfər edib.
Məlumatı Ukraynanın Prezident ofisi yayıb.
Bildirilib ki, Maya Sandu Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və xatirə kompleksində birlikdə lampa quraşdırıb.