XƏBƏRLƏR / Siyasət

Uitkoffa Azərbaycanla bağılı məsləhəti Kalın və Fidan verir

Bunu Trampın xüsusi elçisi Nyu-Yorkda keçirilən illik Concordia Sammitində deyib

Uitkoffa Azərbaycanla bağılı məsləhəti Kalın və Fidan verir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Trampın Azərbaycan üzrə xüsusi elçisinə İbrahim Kalın və Hakan Fidan məsləhət verirlər.

    Trampın komandası Ermənistan və Azərbaycanla bağlı məsələlərlə bağlı Türkiyə kəşfiyyat orqanları və diplomatları ilə əlaqə saxlayır.

    Bunu Nyu-Yorkda keçirilən illik Concordia Sammitində Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.

    "Türkiyədə Tomun (ABŞ-ın Ankaradakı səfiri Barrak) o bölgədə baş verən hər şey üçün son dərəcə əhəmiyyətli olan iki adamı var. Biri kəşfiyyat direktoru İbrahim adlı bir cənab (MİT-in rəhbəri Kalın - ANS Press), digəri isə xarici işlər naziri Hakandır (Fidan - ANS Press). Mənim bir problemim varsa, məsələn, Azərbaycanda, Ermənistanda, ya bəzən də Ukrayna ilə bağlı, Türkiyədəki bu cənablar belə sahələrdə ekspertdirlər. 

    Tramp administrasiyasında mən bunu edirəm: Toma zəng edib soruşuram: “İbrahimin bu barədə fikri nədir?” Biz birlikdə işləyirik. Administrasiya daxilində səmərəli əməkdaşlıq vasitəsilə əldə etdiyimiz uğurların saysız-hesabsız nümunələri var”, - deyə Uitkoff bildirib.