Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Rəsmi Tirananın nümayəndəliyi Bakıda olacaq
Albaniya Azərbaycanda səfirlik açmaq qərarına gəlib.
Müvafiq qərarı Albaniya Xarici İşlər Nazirliyinin rəhbərinin təklifi əsasında Albaniyanın Nazirlər Şurası qəbul edib.
Albaniyanın diplomatik nümayəndəliyi Bakıda olacaq.
Azərbaycanda səfirliyin açılması xərcləri Albaniya Xarici İşlər Nazirliyinin 2023-cü il üçün büdcəsi hesabına ödəniləcək. Sənəd 2023-cü il martın 1-dən qüvvəyə minib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 2022-ci il noyabrın 18-də Azərbaycanın Albaniyada (Tirana şəhərində) səfirliyinin yaradılması haqqında qanun imzalayıb.