Nikol Paşinyan və Emmanuel Makron telefonla danışıb
Bu barədə Ermənistan KİV-i məlumat yayıb

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, hökumət rəhbəri “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş” layihəsinin mətninin təsdiq edilməsi və saziş layihəsinin mətninin təsdiqi ilə bağlı danışıqların başa çatdırılması barədə Fransa Prezidentinə məlumat verib.
Tərəflər Ermənistan-Fransa, Ermənistan-Avropa İttifaqı münasibətlərini, eləcə də Cənubi Qafqaz regionu ilə bağlı digər məsələləri də müzakirə ediblər.