Ceyhun Bayramov Fransa Senatının üzvü ilə görüşüb
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib
Ceyhun Bayramov Fransa Senatının üzvü Natali Qule ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə nazir Ceyhun Bayramov Fransa Senatının üzvü tərəfindən Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyi, onun ölkələrimiz arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.
Tərəflər Azərbaycan-Fransa münasibətlərinin hazırkı vəziyyətini, regional vəziyyəti, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini, işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsini və minalardan təmizləmə fəaliyyətini müzakirə ediblər.