XƏBƏRLƏR / Siyasət

Lui Bono sülh danışıqları üçün Azərbaycana gəlir

Bu barədə ABŞ-ın Bakıdakı səfirliyi məlumat yayıb

Lui Bono sülh danışıqları üçün Azərbaycana gəlir
Lui Bono
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Azərbaycana səfər edəcək.

    Bu barədə ABŞ-ın Bakıdakı səfirliyi məlumat yayıb.

    "ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə regiona səfəri zamanı Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə olunması üzrə səyləri müzakirə etmək üçün Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək", - deyə səfirlikdən bildirilib.

    Qeyd edək ki, Lui Bono bu gün İrəvana səfər edib. O, Ermənistan xarici işlər naziri ilə görüşüb.