XƏBƏRLƏR / Siyasət

Kreml Ermənistana qarşı sərt cavablar hazırlayır

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun hesabatında yazılıb.

Kreml Ermənistana qarşı sərt cavablar hazırlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kreml Ermənistana qarşı sərt cavablar hazırlayır.

    Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun hesabatında yazılıb.

    Qeyd olunub ki, Ermənistan Rusiyadan uzaqlaşmağa davam edir: “Kremlə bağlı ekspertlərin fikrincə, Qərb Moskvadan uzaqlaşması üçün İrəvanı şantaj edir”.

    Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan martın 6-da jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi "Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb. O, həmçinin KTMT-ni Ermənistanın sərhədlərini tanımamaqda qınayıb.

    Qeyd edək ki, ABŞ institutu daha əvvəl yazmışdı ki, Rusiyadan uzaqlaşmaq N.Paşinyana baha başa gələ bilər. Amerikalı analitiklərin fikrincə, Ermənistan Rusiya ilə ikitərəfli əməkdaşlığı azaltmağa çalışır.