XƏBƏRLƏR / Siyasət

Tramp idxal rüsumlarını 10% -dən 15% -ə qaldırdı

Bu barədə Ağ Evin mətbuat xidməti xəbər verir

Tramp idxal rüsumlarını 10% -dən 15% -ə qaldırdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ prezidenti Donald Tramp dünyanın hər yerindən mallara idxal rüsumlarını əvvəllər tətbiq edilən 10% -dən 15% -ə qaldırdığını bildirib.

    Amerika prezidentinin sözlərinə görə, belə bir qərar dərhal qüvvəyə minir. Tramp bildirib ki, yaxın bir neçə ay ərzində onun administrasiyası hüquqi cəhətdən məqbul olan yeni tarifləri müəyyən edəcək və tədbiq edəcək.

    Xatırladaq ki, bundan əvvəl, ABŞ Ali Məhkəməsi fevralın 20-də prezidentin 1977-ci il aktından rüsum tətbiq etmək üçün istifadəsinin onun səlahiyyətlərindən kənar olduğunu qəbul etdikdən sonra Tramp bütün ölkələr üçün əlavə 10% rüsum təqdim etdi.