XƏBƏRLƏR / Siyasət

Hikmət Hacıyev NATO Baş katibinin köməkçisi ilə görüşüb

Prezidentinin köməkçisi NATO Baş katibinin köməkçisi Devid Kattlerlə bir araya gəlib

Hikmət Hacıyev NATO Baş katibinin köməkçisi ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:15

    Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Kattlerlə görüşüb.

    Onlar Azərbaycan-NATO tərəfdaşlığı, terrorizmlə mübarizədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

    ***

    Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO baş katibinin köməkçisi ilə görüşəcək.

    "Yaxın saatlarda Hikmət Hacıyev və NATO Baş katibinin köməkçisi Devid Kattler arasında Müttəfiq Ölkələrlə Deputatlar Komitəsi (KXDR) formatında ikitərəfli görüş keçiriləcək", - Azərbaycanın NATO yanında missiyası "Twitter" səhifəsində yazır.

    Qeyd edək ki, Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev Belçikanın paytaxtı Brüsseldə səfərdədir.