Azərbaycan Fransadakı polis zorakılığından narahatdır FOTO
Bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Fransada baş verən iğtişaşlar və polis zorakılığı ilə bağlı "X" sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda deyilir:
"Fransanın bəzi şəhərlərində polis zorakılığı və etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilməsi bizi narahat edir.
Toplaşmaq və ifadə azadlığı hüququndan istifadə edən dinc etirazçılara qarşı həddindən artıq güc tətbiqi qəbuledilməzdir.
Biz Fransa hökumətini vəziyyəti təcili olaraq gərginliyin azaldılmasına çağırırıq".