XƏBƏRLƏR / Siyasət

Netanyahu sabah ABŞ-a səfər edəcək

İsrailin Baş naziri ABŞ Prezidenti ilə görüşəcək

Netanyahu sabah ABŞ-a səfər edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrailin Baş naziri Benyamin Netanyahu Amerika lideri Donald Trampla görüşmək üçün iyulun 27-də ABŞ-a səfər edəcək.

    Baş nazirin ofisi bildirib ki, bu, liderlərin fevralın 28-də İran müharibəsinin başlamasından bəri ilk görüşü olacaq.

    O, prezident Trampla gündəlikdəki bütün məsələləri, o cümlədən İran ətrafındakı vəziyyəti müzakirə edəcək..

    Netanyahu həmçinin senator Lindsi Qremin dəfn mərasimində iştirak edəcək.