XƏBƏRLƏR / Siyasət

Putin İlham Əliyevə zəng edib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Putin İlham Əliyevə zəng edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    İkitərəfli və beynəlxalq gündəliyə dair aktual məsələləri müzakirə edən liderlər Azərbaycan-Rusiya əlaqələrinin konstruktiv xarakter daşıdığını, hökumətlərin və müvafiq strukturların xətti ilə fəal dialoqun aparıldığını qeyd ediblər.

    Faydalı əməkdaşlığın daha da genişlənməsinə dair qarşılıqlı maraq təsdiqlənib.