Fidan Avropa Şurasının baş katibi ilə görüşdü
Bu barədə Türkiyə XİN məlumat yayıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriçlə görüşüb.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Görüş Buriçin Ankaraya səfəri çərçivəsində baş tutub. Tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.