Paşinyan istəsə də, istəməsə də mayda Moskvaya getməlidir
Bu barədə Ermənistanın "Hraparak" qəzeti hakimiyyətə yaxın mənbələrə istinadən xəbər verir

Ermənistanın baş naziri Nikol Paşinyan may ayında Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammiti üçün Moskvaya gedə bilər, "Hraparak" hakimiyyətə yaxın mənbələrə istinadən xəbər verir.
Nəşr xatırladıb ki, Ermənistan yanvarın 1-dən Aİİ orqanlarına, eləcə də Ali Avrasiya İqtisadi Şurasına, Avrasiya Hökumətlərarası Şurasına və Avrasiya İqtisadi Komissiyası Şurasına rəhbərlik edir. Qəzet yazır: “Ənənəvi olaraq sədrlik edən ölkədə iclas onun sədrlik ili zamanı çağırılsa da, Ermənistan hələlik bu barədə düşünmür”.