Ceyhun Bayramov Mərakeşin xarici işlər naziri ilə görüşdü
Nasser Bourita azərbaycanlı həmkarı ilə ikitərəfli əməkdaşlıq üzrə müzakirələr aparıb

Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov mərakeşli həmkarı Nasser Bourita ilə görüşüb.
Görüş Rabatda Azərbaycan və Mərakeş arasında ikitərəfli əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 2-ci iclası çərçivəsində baş tutub.
Daha sonra xarici işlər naziri Ceyhun Bayramov Rabat şəhərinə səfəri çərçivəsində Mərakeşin mərhum kralı V Məhəmmədin məqbərəsini ziyarət edib.
Bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Ceyhun Bayramov mərhum kralın Mərakeş qarşısındakı xidmətləri ilə bağlı fikirlərini bildirib.