Ermənistanın xarici işlər naziri Ankaraya gəlib
Hava limanında Ararat Mirzoyanı Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç qarşılayıb
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyətini daşıyan təyyarə Türkiyənin paytaxtı Ankara hava limanına enib.
“Armenpress”in Ankaradan verdiyi məlumata görə, Ermənistan xarici işlər nazirini hava limanında Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə danışıqlarda Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç qarşılayıb.
Ermənistanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Ermənistan və Türkiyə arasında münasibətlərin nizamlanması üzrə danışıqlarda Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan iştirak edir.
Səfər zamanı Mirzoyanın Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ikitərəfli görüşü, daha sonra nazirlərin bəyanatla çıxış edəcəyi gözlənilir.
Daha sonra Ermənistanın xarici işlər naziri təbii fəlakətdən ən çox zərər çəkmiş rayonlardan birinə, zəlzələdən sonra üçə yaxın erməni xilasedicisinin axtarış-xilasetmə əməliyyatları apardığı Adıyamana gedəcək.
Fevralın 6-da Türkiyədə baş vermiş 7,7 bal gücündə dağıdıcı zəlzələ və ardınca 100-dən çox güclü zəlzələ nəticəsində 30 mindən çox insan xəsarət alıb.