XƏBƏRLƏR / Siyasət

Pezeşkian aprelin 28-də Bakıda olacaq YENİLƏNİB

İran Prezidenti Azərbaycana qarşıdakı səfərini şərh edib

Pezeşkian aprelin 28-də Bakıda olacaq YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə aprelin 28-də Bakıya rəsmi səfər edəcəyi açıqlanıb.

    Bu barədə Prezidentin Siyasi Aparatının rəhbər müavini Mehdi Senai sosial media hesabında paylaşım edib:

    "Doktor Pezeşkian Azərbaycan Prezidentinin dəvəti ilə aprelin 28-də Bakıya rəsmi səfər edəcək. Səfər üçün bir çox proqramlar nəzərdə tutulub və bu səfərin iki qardaş ölkə arasında bütün sahələrdə, xüsusən də ticarət və sərhəd bölgələrində əməkdaşlığın tarixi səviyyəyə yüksələcəyi gözlənilir".

    İran Prezidenti Azərbaycana qarşıdakı səfərini şərh edib.

    Tehran və Bakı arasında ümumi məsələlərin nəhayət müzakirəsi üçün keçirilən koordinasiya iclasında Pezeşkian iki ölkə arasındakı münasibətlərdə bəzi anlaşılmazlıqların və problemlərin həlli ilə bağlı dəqiqləşdirmələrə toxunub.

    “İki ölkə və iki xalq arasında qarşılıqlı fəaliyyət sahələri və imkanları çox geniş, dərin və rəngarəngdir və Bakı ilə Tehran arasında münasibətlərin indiki bərpası prosesinin davamı ilə biz bu imkanların çiçəklənməsinin, qısa müddət ərzində əlaqələr və əməkdaşlıq səviyyəsinin sürətlə və ciddi şəkildə yüksəldiyinin şahidi olacağıq”, - Pezeşkian bildirib.