İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gəlib
Azərbaycan Prezidentini və xanımını Pekin aeroportunda nəqliyyat naziri Liu Vey qarşılayıb FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfərinə gəlib.
Pekin Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının nəqliyyat naziri Liu Vey və digər rəsmi şəxslər qarşılayıblar.