Azərbaycan və Aİ enerji əməkdaşlığını müzakirə ediblər FOTO
Brüsseldə Azərbaycan və Aİ arasında Yüksək Səviyyəli Enerji Dialoqunun 4-cü iclası keçirilib
Azərbaycan və Aİ enerji əməkdaşlığının inkişaf etdirilməsini müzakirə ediblər.

Brüsseldə Azərbaycan və Aİ arasında Yüksək Səviyyəli Enerji Dialoqunun 4-cü iclası keçirilib. Energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, tərəflər enerji təhlükəsizliyi, qaz təchizatının etibarlılığı, bərpa olunan enerjinin inkişafı və Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Şahbazovun sözlərinə görə, tərəflər strateji enerji tərəfdaşlığının, o cümlədən yaşıl enerji və elektrik əlaqələrinin inkişafı yolu ilə daha da gücləndirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər. Azərbaycan həmçinin Yaşıl Enerji Dəhlizi layihəsinin Aİ-nin ortaq maraq doğuran layihələr siyahısına daxil edilməsinin vacibliyini vurğulayıb.
1 dəqiqədən az