Aİ İrəvana €270 mln verir və müdafiə sahəsini müzakirə edir
Bunu Aİ ali nümayəndəsi Kaya Kallas Ararat Mirzoyan ilə birgə mətbuat konfransında deyib

“Avropa İttifaqı Ermənistanın iqtisadi inkişafını dəstəkləmək məqsədi ilə 2024-2027-ci illər arasında bu ölkəyə 270 milyon avro vəsait ödənilməsini nəzərdə tutub.”
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransında deyib.
Kallasın sözlərinə görə, bu vəsait Ermənistanda islahatları dəstəkləmək və Aİ-Ermənistan əlaqələrini inkişaf etdirmək üçün ayırılıb.
Aİ-nin ali nümayəndəsi ittifaqın Ermənistanda demokratiya və azad medianı dəstəkləyəcini vurğulayıb.
Eyni zamanda, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Ermənistan və Avropa İttifaqı rəsmən müdafiə sahəsində əməkdaşlığı müzakirə etməyə başlayıb.