Blinken bu həftə İsrailə səfər edəcək
Bu, oktyabrın 7-də müharibənin başlamasından bəri Blinkenin İsrailə altıncı səfəridir
ABŞ Dövlət katibi Antoni Blinken İsrailə səfər edəcək.
İsrail mətbuatı xəbər verir ki, Blinken bu şənbə günü axşam (3 fevral) İsrailə gələcək.
ABŞ Dövlət katibinin bazar ertəsinə qədər (5 fevral) İsraildə olacağı və bir sıra görüşlər keçirəcəyi gözlənilir.
Qeyd edək ki, bu, oktyabrın 7-də müharibənin başlamasından bəri Blinkenin İsrailə altıncı səfəridir. Onun sonuncu səfəri yanvarın 8-də baş tutub.