XƏBƏRLƏR / Siyasət

Zaxarova Mirzoyanı "söz oyunbazlığında" ittiham etdi

Rusiya XİN sözçüsü Ermənistan xarici işlər nazirinin cavabını verdi

Zaxarova Mirzoyanı "söz oyunbazlığında" ittiham etdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın mətbuat konfransının məzmunu və tonu “təəssüf doğurur” deyib.

    “Ararat Samveloviçin (Mirzoyan) yekun mətbuat konfransının həm məzmunu, həm də tonu təəssüf doğurmaya bilməz. Xüsusən də öz səhvlərimizdən və yanlış hesablamalarımızdan obyektiv nəticə çıxarmaq əvəzinə bütün məsuliyyəti Rusiyanın üzərinə atmağa cəhd göstərildi. Amma bunun heç bir əsası yoxdur, çünki bu səhvlər bizim deyil. Bunlar, təəssüf ki, rəsmi İrəvanın səhvləridir”, - Zaxarova bildirib.

    XİN sözçüsü qeyd edib ki, "Bir tərəfdən Ararat Samveloviç üçtərəfli bəyanatın işləmədiyini deyir, bir az sonra isə, sitat gətirirəm: Ermənistan üzərinə götürdüyü ohdəliklərinin hamısını yerinə yetirir".  Zaxarova bunu "söz oyunbazlığı" ("словесная эквилибристика") adlandırıb. VİDEO  

    Onun sözlərinə görə, bu, həm “Rusiya Federasiyası ilə münasibətlərə, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması kontekstinə” aiddir.