XƏBƏRLƏR / Siyasət

Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib

Bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas “X” sosial şəbəkəsində yazıb

Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib.

    Bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas “X” sosial şəbəkəsində yazıb.

    "Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini qəbul edib. "Qara siyahı"ya 200-ə yaxın tanker daxil edilib”, - o bildirib.

    Kaya Kallas vurğulayıb ki, artıq Moskvaya qarşı 18-ci sanksiya paketi üzərində işə başlanılıb.