XƏBƏRLƏR / Siyasət

ABŞ Makrondan bezib və rəqibini dəstəkləmək qərarına gəlib

Bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb

ABŞ Makrondan bezib və rəqibini dəstəkləmək qərarına gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun baş məsləhətçisi Samuel Samson 2027-ci ildə yenidən prezidentliyə namizəd olmaq niyyətində olan Fransa parlamentində ifrat sağçı "Milli Birlik" partiyasının lideri Marin Le Penə dəstək verməyi tövsiyə edib. Bu barədə Avropanın "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.

    Qeyd edilir ki, bu, Fransa ilə ABŞ arasında münasibətlərə xələl gətirə bilər. Samson bu həftə Le Peni maliyyələşdirməyi tövsiyə edib.

    Qeyd edək ki, daha əvvəl "Reuters" xəbər vermişdi ki, Marin Le Pen ABŞ Prezidenti Donald Trampın namizədliyinə ictimai dəstək təklifini rədd edib və bunun ona zərər vuracağından ehtiyat edib.