ABŞ Azərbaycanla əməkdaşlığın davam etdirilməsinə ümid edir
Bu haqda ABŞ-ın Bakıdakı səfirliyinin Facebook səhifəsində paylaşdığı məlumatda deyilir
ABŞ Azərbaycanla əməkdaşlığın davam etdirilməsinə ümid edir
ABŞ-ın Bakıdakı səfirliyinin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümü ilə əlaqədar Facebook səhifəsində paylaşdığı məlumatda deyilir ki, Vaşinqton Azərbaycanla əməkdaşlığın davamını gözləyir.
“1992-ci ilin bu günü ABŞ və Azərbaycan arasında diplomatik əlaqələr qurulub. İkitərəfli münasibətlərimizin 30-cu ildönümünü qeyd edən ötən ili yekunlaşdırarkən biz enerji təhlükəsizliyini təmin etmək, transmilli təhdidlərlə mübarizə, ticarət və investisiyalar vasitəsilə rifahı artırmaq, fundamental azadlıqları dəstəkləmək və iki ölkə arasında əlaqələr qurmaq üçün Azərbaycanla əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik. ABŞ və Azərbaycan xalqları”, - bəyanatda deyilir.