XƏBƏRLƏR / Siyasət

Moldova da Kişinyovdakı Rus Evini bağlayır, Kreml narazıdır

Hökumət Rusiya Evinin bağlanması ilə bağlı qanun layihəsini təsdiqləyib

Moldova da Kişinyovdakı Rus Evini bağlayır, Kreml narazıdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Moldova hökuməti Rusiya Evinin bağlanması ilə bağlı qanun layihəsini təsdiqləyib.

    Rus Evinin bağlanması qərarı ölkənin yeni kabinetinin ilk iclasında qəbul edilib.

    Səbəb kimi "Rusiyanın təhrif olunmuş narrativləri təbliğ etməsi riski" göstərilir.

    Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moldova hökumətinin qərarına münasibət bildirib:

    • Moldova rəhbərliyi Rusiya ilə bağlı hər şeyə qarşı çıxmaq siyasətini davam etdirir;
    • Bu, Moldova əhalisinin ziyanına baş verir;
    • Kreml Kişinyovun mövqeyini pisləyir.

    Xatırladaq ki, Azərbaycan hakimiyyəti Bakıda yerləşən Rus Evini bu ilin fevralında bağlayıb.