Qrono Bakıdan birbaşa erməni "Qədim Əlyazmalar"ına yollanıb
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi İrəvanda səfərdədir FOTO
Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyanın müşayiəti ilə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono İrəvanda Maştots adına Qədim Əlyazmalar Tədqiqat İnstitutu olan Matenadarana yollanıb.

Matenadaranda qonağa erməni əlyazmaları kolleksiyası və onların tarixi, eləcə də əlyazmaların qorunması və emalı, muzey sərgiləri üçün surətlərin hazırlanması ənənələri təqdim edilib.
Erməni jurnalistlərin Qronoya Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfəri haqda suala cavabı belə olub:
"Əlbəttə ki, Qarabağın əvvəllər münaqişədən təsirlənmiş bölgələrində ermənilərin mövcudluğunu və keçmişin zəngin irsini mübahisələndirmirəm. Ötən həftə Kəlbəcər (Xudavəng monastır kompleksi - ANS Press) və Ağdərə (Gəncəsər monastırı - ANS Press) bölgələrinə səfərim zamanı bunu ilk dəfə öz gözlərimlə görmək imkanım oldu. Bu gün İrəvanda Matenadaranı yenidən ziyarət etməkdən məmnun oldum. Bu irs qorunmalı və dəyərləndirilməlidir, əsassız siyasiləşdirmə və spekulyasiyalardan qaçınılmalıdır".

Bundan sonra Vahan Kostanyan Matenadaranda Maqdalena Qrono ilə müzakirə aparıb və onlar Ermənistan-Aİ münasibətlərini, eləcə də Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin mandatı çərçivəsində görülən son tədbirləri və onların Ermənistanla Azərbaycan arasında bərqərar olan sülhün institusionallaşdırılması kontekstində effektivliyini müzakirə ediblər.
1 dəqiqə