Makron Putinlə barışmağı təklif edir
Bunu Fransa Prezidenti Brüsseldə keçirilən Aİ sammitindən sonra bəyan edib
Brüsseldə keçirilən Aİ sammitindən sonra Fransa Prezidenti Makron bildirib ki, Avropanın Rusiya ilə dialoqu bərpa etməsinin vaxtı gəlib çatıb:
“Mən hesab edirəm ki, Vladimir Putinlə söhbət yenidən faydalı olacaq, Düşünürəm ki, bizə — avropalılara və ukraynalılara — bu müzakirələrin düzgün şəkildə bərpası üçün bir format tapmaq lazımdır. Əks halda, biz öz aramızda və Rusiya tərəfi ilə ayrı-ayrı danışıqlar aparacaq vasitəçilərlə müzakirə edəcəyik ki, bu da optimal deyil”, - Makron fikrini əsaslandırıb.
Bildirilir ki, Aİ sammitinin iştirakçıları Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə “təzminat krediti” adı altında müsadirə edilməsi məsələsində razılığa gələ bilməyiblər. Bunun əvəzinə, Avropa Komissiyasının sədri Ursula von der Leyen yekun mətbuat konfransında bildirib ki, Ukraynaya növbəti iki il ərzində 90 milyard avro ayrılması barədə qərar qəbul edilib.
1 dəqiqə