XƏBƏRLƏR / Siyasət

Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb

Qonağı Baş nazirin müavini Samir Şərifov və başqa rəsmi şəxslər yola salıblar

Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycan Respublikasına işgüzar səfəri mayın 4-də başa çatıb.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Melonini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.