XƏBƏRLƏR / Siyasət

İlham Əliyev İsveçrəyə səfərə gəlib

Davosda Ümumdünya İqtisadi Forumunun illik toplantısı keçiriləcək

İlham Əliyev İsveçrəyə səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfərə gəlib.

    Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava limanında rəsmi şəxslər qarşılayıblar.