Azərbaycan Ərbildə baş konsulluq aça bilər
Bu məsələ Münhendə İlham Əliyevlə Neçirvan Bərzani arasında keçirilən görüşdə müzakirə olunub
Azərbaycan Ərbildə (Şimali İraq) baş konsulluq açmağı planlaşdırır.
“Bu məsələ Münhendə Azərbaycan prezidenti İlham Əliyevlə İraq Kürdüstanının regional hökumətinin başçısı Neçirvan Bərzani arasında keçirilən görüşdə müzakirə olunub”, - deyə Ərbildəki regional hakimiyyətdən bildiriblər. (İnterfax-Azərbaycan)
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Bərzani ilə görüşüb.