XƏBƏRLƏR / Siyasət

"Fransa Ermənistanı Rusiyanın təzyiqindən qoruyacaq"

Bu və digər açıqlamaları Fransanın xarici işlər naziri Stefan Sejurne İrəvanda səsləndirib

"Fransa Ermənistanı Rusiyanın təzyiqindən qoruyacaq"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fransanın xarici işlər naziri Stefan Sejurne Ermənistanı “Rusiyanın təzyiqindən” qoruyacağına söz verib.

    Sejurne “təzyiq göstərməyə çalışan Rusiyanın təhdidlərinə və aşkar düşmənçiliyinə baxmayaraq” Ermənistan Respublikasının xalqına və hökumətinə dəstəyini ifadə edib. Onun sözlərinə görə, buna baxmayaraq, Ermənistan mərhələli şəkildə demokratiyaya doğru irəliləyir.

    “Demokratik dəyərləri müdafiə etməyinizə kömək etmək üçün bizə hər zaman arxalana bilərsiniz. Fransa hər zaman sizə yaxındır. Fransada siyasi qüvvələr arasında razılığın olduğu mövzular azdır. Ermənistan belə azsaylı mövzulardan biridir” - deyə Sejurne vurğulayıb.

    Sejurne deyib ki, Fransa Bakıda keçiriləcək BMT-nin COP29 İqlim Konfransına qədər Azərbaycanın Ermənistanla sülh danışıqlarında irəliləyiş əldə edəcəyinə ümid edir: "Ermənistan sülh istəyir. Fransa və beynəlxalq ictimaiyyət sülh istəyir. Azərbaycan tezliklə COP29-a ev sahibliyi etdiyi üçün tədbirdən əvvəl həqiqətən sülhə nail olmaq istədiyini nümayiş etdirməyə borcludur. Düşünürəm ki, biz bu məsələdə tez hərəkət edə bilməliyik".

    “Fransa iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməklə ədalətli və sabit dünya quracaq sazişin tezliklə imzalanmasının tərəfdarıdır. 1991-ci ildə Almatıda imzalanmış sənədin bütün mahiyyəti budur. Praqada da ictimaiyyətə eyni ideya təqdim olundu”, - Sejurne qeyd edib.