XƏBƏRLƏR / Siyasət

Tramp iki Rusiya vətəndaşını azad etmək qərarına gəlib

"Mariner" gəmisinin heyətindəki vətəndaşlar haqda Rusiya XİN sözçüsü Mariya Zaxarova xəbər verib YENİLƏNİB

Tramp iki Rusiya vətəndaşını azad etmək qərarına gəlib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:44

    Rusiya Xarici İşlər Nazirliyindən "İzvestiya"ya verilən məlumata görə, 7 yanvarda ABŞ tərəfindən ələ keçirilən "Mariner" tankerinin rusiyalı heyət üzvlərinin geri qaytarılma tarixi hələ müəyyən edilməyib.

    ***

    14:48

    Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova "Mariner" gəmisinin heyətindəki iki Rusiya vətəndaşının azad ediləcəyi haqda məlumat verib.

    Zaxarova deyib: "Müraciətimizə cavab olaraq, ABŞ Prezidenti Donald Tramp Şimali Atlantikada əməliyyat zamanı ABŞ tərəfindən saxlanılan "Mariner" gəmisinin heyətindəki iki Rusiya vətəndaşını azad etmək qərarına gəlib.

    Bu qərarı alqışlayırıq və ABŞ rəhbərliyinə minnətdarlığımızı bildiririk.

    Soydaşlarımızın vətənlərinə tez bir zamanda qayıtmasının təmin edilməsi ilə bağlı bütün məsələləri təcili olaraq həll etməyə başlayırıq".

    ABŞ tərəfi məlumatı hələ təstiqləməyib.

    Qeyd edək ki, ABŞ tərəfindən saxlanılan "Mariner" gəmisinin heyəti 20 Ukrayna, 6 Gürcüstan (o cümlədən kapitan) və 2 Rusiya vətəndaşından ibarət olub.