XƏBƏRLƏR / Siyasət

QAİ Fransanı daxili işlərimizə qarışmamağa çağırdı

Bu barədə İcmanın açıqlamasında bildirilib

QAİ Fransanı daxili işlərimizə qarışmamağa çağırdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qərbi Azərbaycan İcması Fransa Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı 2023-cü il 27 iyul tarixli qərəzli bəyanatını qınayır və Fransanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırır.

    Bu barədə İcmanın açıqlamasında bildirilib. 

    Qeyd olunub ki, Qərbi Azərbaycan İcması Fransanı ikili standartlar siyasətinə son qoymağa, beynəlxalq hüququn norma və prinsiplərini selektiv şəkildə təfsir etməməyə, İcma ilə dialoqun aparılması və qərbi azərbaycanlıların sülh və əmin-amanlıq şəraitində Ermənistanda öz dədə-baba yurdlarına qayıtması üçün Ermənistana çağırış etməyə dəvət edir.