
BMT Baş Assambleyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşüb.
Bu barədə Suriya dövlət informasiya agentliyi "SANA" görüş barədə məlumat yayıb.
Qeyd edək ki, bu, iki liderin ikinci görüşüdür. Onlar bundan əvvəl may ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda danışıqlar aparıblar.
Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Tramp və Əhməd Əl Şaraa ilə üçtərəfli görüş keçirməyi planlaşdırır.