XƏBƏRLƏR / Siyasət

Rusiya Bakı və İrəvan arasında sülh müqaviləsini ləngidir

Rusiya XİN məmuru Denis Qonçar tərəflərin sülh müqaviləsinin imzalanmasına hələ hazır olmadığını deyib

Rusiya Bakı və İrəvan arasında sülh müqaviləsini ləngidir
Denis Qonçar
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bakı və İrəvan sülh müqaviləsinin istənilən şərtlər daxilində imzalanmasına hələ hazır deyil, çünki hələ də həllini gözləyən mürəkkəb məsələlər var.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib.

    Onun sözlərinə görə, mümkün qədər tez bir zamanda sülhə nail olmaq barədə Bakı və İrəvandan daxil olan siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar: “Hələ bir sıra mürəkkəb mövzuların həlli yolları tapılmalıdır”.

    Diplomatın fikrincə, bunlardan ən mühümü Qarabağın erməni əhalisinin təhlükəsizliyinin Azərbaycan qanunvericiliyi çərçivəsində təmin edilməsi və hər kəs tərəfindən tanınmış hüquqların təmin olunmasıdır.

    “Tərəflər qarşılıqlı olaraq 1991-ci il Alma-Ata Bəyannaməsinin effektivliyini təsdiq edib. Sülh sazişinin həyata keçirilməsi üçün elə bir beynəlxalq dəstək mexanizmi tələb olunur ki, Ermənistanla Azərbaycanın suverenliyini və siyasi müstəqilliyini şübhə altına almasın” - Qonçar əlavə edib.

    Rusiyalı diplomat vurğulayıb ki, sülh müqaviləsinin hazırlanması üçün Rusiya aktiv şəkildə tərəflərə kömək edir:

    “Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli razılaşmanın elementlərindən biridir.

    Rusiya tərəfi bütün səviyyələrdə siyasi və diplomatik kanallardan istifadə edərək, bu sənədin hazırlanmasında Bakı və İrəvana fəal şəkildə yardım göstərir. Belə ki, hər il üçtərəfli sammitlər keçirilir, xarici işlər nazirləri mütəmadi olaraq görüşür”.