XƏBƏRLƏR / Siyasət

Keyt Kelloq: İran demokratik ölkəyə çevrilməlidir

Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Parisdə İran müxalifəti ilə görüşüb

Keyt Kelloq: İran demokratik ölkəyə çevrilməlidir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq İranı demokratik ölkəyə çevirməyə çağırır.

    Dünya İranı daha demokratik bir ölkəyə çevirmək üçün ona “maksimum təzyiq” siyasətinə qayıtmalıdır. Bunu Trampın Ukrayna üzrə gələcək xüsusi nümayəndəsi Keyt Kelloq İranın müxalif İran Milli Müqavimət Hərəkatının (NCRI) Parisdə keçirdiyi tədbirdə deyib.

    “Biz indi gördüyümüz zəiflikdən istifadə etməliyik. Ümid var, buna görə də hərəkət olmalıdır. Bu fürsət əbədi olmayacaq”, - deyə o qeyd edib.

    Qeyd edək ki, NCRI İran Xalq Mücahidləri Təşkilatının (PMOI) siyasi qanadıdır və Fransada tez-tez tədbirlər keçirib. Onlara ABŞ, Avropa və ərəb ölkələrindən İslam Respublikasını tənqid edən keçmiş yüksək vəzifəli şəxslər qoşulub.