XƏBƏRLƏR / Siyasət

Brüsseldə 30 ölkənin müdafiə nazirləri toplaşıb

Toplantıya Böyük Britaniyanın müdafiə naziri Con Hili və onun fransalı həmkarı Sebastian Lekornyu sədrlik edir

Brüsseldə 30 ölkənin müdafiə nazirləri toplaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Brüsseldə “Arzuedənlər Koalisiyası” müdafiə nazirlərinin görüşü başlayıb.

    Bu barədə məlumatı Böyük Britaniyanın Müdafiə Nazirliyi yayıb.

    Bildirilib ki, Böyük Britaniya və Fransanın təşkilatçılığı ilə keçirilən görüşdə 30 ölkənin müdafiə nazirləri iştirak edir.

    Məlumata əsasən, müzakirələrdə Ukraynada uzunmüddətli sülhün təminatı üçün çoxmillətli qüvvələrin hərbi planlaşması ətrafında fikir mübadiləsi aparılacaq, eləcə də bu hər bir ölkənin rəsmi Ukraynanın təhlükəsizliyinə dəstək imkanlarından istifadə məsələsi nəzərdən keçiriləcək.

    Toplantıya Böyük Britaniyanın müdafiə naziri Con Hili və onun fransalı həmkarı Sebastian Lekornyu sədrlik edir.