XƏBƏRLƏR / Siyasət

"Qrenlandiya ABŞ-ın tərkibinə daxil olmalıdır"

Bunu Ağ Evin Administrasiya rəhbərinin müavini Stiven Miller CNN-ə müsahibəsində bildirib

"Qrenlandiya ABŞ-ın tərkibinə daxil olmalıdır"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qrenlandiya Amerikanın təhlükəsizlik sisteminin bir hissəsi kimi ABŞ-ın tərkibinə daxil olmalıdır.

    Bunu Ağ Evin Administrasiya rəhbərinin müavini Stiven Miller CNN-ə müsahibəsində bildirib.

    O, eyni zamanda adanın hərbi yolla ələ keçirilməsi ehtimalını da istisna etməyib.

    “Prezident aylar ərzində açıq şəkildə bildirib: Qrenlandiya ABŞ-ın ümumi təhlükəsizliyinin bir hissəsi olmalıdır. Qrenlandiya ABŞ-ın tərkib hissəsi olmalıdır. Heç kim Qrenlandiyanın gələcəyi ilə bağlı ABŞ-la hərbi qarşıdurmaya getməyəcək”, – Miller vurğulayıb.

    Aparıcı birbaşa şəkildə hərbi müdaxilənin istisna edilib-edilmədiyini soruşduqda, Miller cavabdan yayınıb və bunun əvəzinə Danimarkanın Arktika ərazisinə iddialarını şübhə altına alıb.

    “Onların ərazi iddiaları nəyə əsaslanır? Qrenlandiyanın Danimarkanın koloniyası olması iddiası nəyə söykənir? ABŞ NATO-nun əsas gücüdür. ABŞ Arktika regionunun təhlükəsizliyini təmin etmək, NATO-nun maraqlarını qorumaq istəyirsə, aydındır ki, Qrenlandiya ABŞ-ın tərkib hissəsi olmalıdır. Buna görə də bu, ölkə olaraq müzakirə edəcəyimiz bir məsələdir”, – o yekunlaşdırıb.