XƏBƏRLƏR / Siyasət

Türkiyə Aİ ilə əməkdaşlığı genişləndirmək istəyir

Bunu Türkiyə Prezidenti Ərdoğan Polşalı həmkarı Navrotski ilə görüşdə deyib

Türkiyə Aİ ilə əməkdaşlığı genişləndirmək istəyir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Aİ ilə qarşılıqlı fayda əsasında əməkdaşlığı genişləndirmək niyyətindədir. Türkiyə Prezidenti Ərdoğan ölkəyə səfər edən Polşalı həmkarı Navrotski ilə görüşüb.
    Danışıqlardan sonra tərəflər birgə mətbuat konfransı keçiriblər. Türkiyə lideri Ankaranın Avropa İttifaqı ilə qarşılıqlı fayda əsasında əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib və Polşaya Türkiyənin Aİ-yə daxil olmasına verdiyi dəstəyə görə təşəkkür edib.

    "7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitində Avropa müttəfiqlərinin daha böyük məsuliyyət daşımasına böyük əhəmiyyət veririk", - deyə Ərdoğan vurğulayıb.

    Türkiyə Prezidenti danışıqlar zamanı tərəflərin İrandakı son hadisələri və Rusiya-Ukrayna müharibəsini də müzakirə etdiklərini bildirib.

    Bundan əlavə, Ərdoğan Fələstini tanıyan bir ölkə olaraq Polşanın iki dövlətli həlli dəstəkləməyə davam edəcəyinə ümid etdiyini bildirib.