Kaya Kallas Ermənistana iki günlük səfərə gəlib YENİLƏNİB
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi baş nazir Paşinyanla görüşüb

21:02
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.
Onlar regional vəziyyətə və sülh prosesinə toxunublar.
Aİ-nin ali nümayəndəsi qeyd edib ki, Brüssel Ermənistan-Azərbaycan ikitərəfli danışıqları zamanı qeydə alınan, regionda sabitlik və sülhün bərqərar olması üçün əsas ola biləcək müsbət irəliləyişi qeyd etməkdən məmnundur.
***
11:12
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Kaya Kallas arasında görüş başladığı bildirilib.
***
10:05
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas dünən Ermənistana iki günlük səfərə gəlib.
Səfərin ilk günü o, Ermənistan prezidenti Vaaqn Xaçaturyanla görüşüb.
Tərəflər ikitərəfli münasibətlərin dərinləşdirilməsi, eləcə də Ermənistanda islahatların dəstəklənməsi məsələlərini müzakirə ediblər.
Kallas, həmçinin Aİ-nin Ermənistandakı Kəşfiyyat Missiyasının (EUMA) qərargahına baş çəkib, burada onun fəaliyyəti ilə tanış olub.
Kallasın bu gün baş nazir Paşinyan və xarici işlər naziri Mirzoyanla görüşü planlaşdırılır.