Ersin Tatar Azərbaycana səfər edəcək
O, İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə müşahidəçi ölkənin Prezidenti kimi iştirak edəcək

Şimali Kipr Prezidenti Ersin Tatar iyulun 2-də Azərbaycana səfər edəcək.
Səfər çərçivəsində onun bir sıra tədbirlərdə iştirakı nəzərdə tutulur.
Şimali Kipr Prezidentinə eyni zamanda Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi nəzərdə tutulub.
O, iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə müşahidəçi ölkənin Prezidenti kimi iştirak edəcək.