Zaxarova Bakı-İrəvan danışıqlarında Qərbin fəallığını qınadı
"Sürətləndirilmiş rejimdə tətbiq edilən sülhpərvər düsturlar yaxşı heç nəyə gətirib çıxarmadı"
"Kənardan tətbiq edilən, xüsusən də sürətləndirilmiş rejimdə tətbiq edilən sülhpərvər düsturlar yaxşı heç nəyə gətirib çıxarmadı". Bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova ABŞ və Aİ-nin Ermənistan-Azərbaycan danışıqlarındakı fəallığı haqqında deyib.
Zaxarova brifinqdə həmçinin xatırladıb ki, Brüssel və Vaşinqton əvvəllər İrəvanla Bakı arasında danışıqlarda xüsusi fəallıq nümayiş etdirmirdilər, lakin indi vəziyyət dəyişib.
Moskva Ermənistanla Azərbaycan arasında üçtərəfli formatda münasibətlərin normallaşdırılması üzərində işləyir, üç ölkənin liderləri arasında imzalanmış sazişlər toplusunu mübahisəsiz yol xəritəsi hesab edir.